Leykoplastlar

Kartofda leykoplastlar
plastidin tipləri

Leykoplastlar (yun. Leykos — "") – Rəngsiz olub, bitkinin işıq görməyən, rəngsiz hissəsində olur. Daxilində ehdiyat qida maddələri toplanır. Bitkinin bütün orqantoxumalarında əmələ gələ bilir.[1] Məsələn, onları kartof yumrularında görmək olar. Leykoplastlar sitoplazmada çox xırda cisimciklər şəklində topa-topa yerləşir. Bəzən onlar nüvənin ətrafına toplanaraq, onu hər tərəfdən əhatə edir. Görünür leykoplastlar mübadilə reaksiyalarının gedişində yaxından iştirak edir. Yetkin hüceyrələrin çoxunda leykoplastlar ehtiyat nişastanı topladığından hər leykoplast üzərində nişasta dənəsi aydın görünür. Nişasta əmələ gətirən leykoplastlar amiloplastid adlanır.[2]

  1. Güvən Nəşriyyatı №22 Biologiya (Dərslik), Elnur Aslan oğlu Məmmədov,Güvən Nəşriyyat:2016 Səhifə: 229
  2. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). Bakı: 2009.

Developed by StudentB